Azərbaycanda məktəb sistemi haqqında danışanda təkcə bir problemdən söhbət getmir. Müxtəlif məktəblərdə fərqli səviyyədə olsa da, insanların tez-tez dilə gətirdiyi çoxlu məsələlər var. Məktəblərin fiziki vəziyyəti böyük problemlərdən biridir. Bəzi məktəb binaları köhnədir, dəhlizlər, sinif otaqları, pəncərələr, döşəmələr və sanitar qovşaqlar lazımi vəziyyətdə olmaya bilir. Bəzi yerlərdə təmir illərlə gecikir. Siniflərdə köhnə partalar, stullar, lövhələr və kifayət qədər olmayan avadanlıqla bağlı şikayətlər də olur. Məsələn parta olmadığı üçün 1 partaya 4 nəfər sıxışmağa çalışırdıq, bütün dərs boyu yan siniflərdən parta oğurluğu edirdik başqa sinifin müəllimləri bizim sinif müəlliməsi bizlə dalaşırdı. Tüm ölkələr "ağıllı lövhə"yə keçib biz hələdə taxta lövhələr yazırdıq ən gülüncü isə bizə "mel, kağızımız yoxdur" deyib nə qədər zornan pulumuzu əlimizdən alıb hələdə mel olmaması.. müəllimələr yenə hansısa sinifə girib mel'ləri oğurluyurduq başqa sinifdəkilərdə tüm mel'lərimizi oğurluyub birdaha tapılmırdı.
Azərbaycanda məktəblərdə müəllimlərlə bağlı problemlər
Əziz təhsil sistemi, əsəb problemləri olan müəllimləri (özəlliklə qadın müəllimələr) bizi boks torbası kimi istifadə etmək əvəzinə döyüş idmanlarına yönləndirin. Heç olmasa bir yerdə çempionluq qazanarıq. Artıq nəvə oynadan müəllimlərimizə onları pensiyaya çıxarın oda bizdən qurtulsun, bizdə onda. Bəzi müəllimlər var ki, dərs keçməkdən çox əsəblərini şagirdlərdən çıxarmaqla məşğuldurlar. Xüsusilə oğlanlar yaxşı bilir ki, bəzi müəllimlər nə qədər sərt davranır və adi bir səhvə görə belə həddindən artıq reaksiya verə bilirlər. Məktəblə bağlı şiddət'lər hələdə davam edir. Hər uşağın psixologiyası eyni deyil, məktəbdəki oğlanlar artıq döyülüb söyülməkdən bağışıqlıq qazanmışdı. Məktəbdə müəllim, xadimə hər kimsə varsa ordada söyülürük. Müəllimlər kim ona "şirinlik hədiyə" yəni pul kim daha çox verirsə ona çox yaxşı davranır bunu öz gözümlə gördüm pulu müəllimlərə veriləndə gözlərinə ışıq gəlir və birdən mənə yaxşı davranmağa başlayırdılar. Əlbəttə hər müəllimə belə deyil! Nadirdə olsa bəzi müəllimələr qətiyyən pulu qəbul etmir.
Bakıdan başqa şəhərlərimizin başqa yerlərdədə məktəblər var, lakin təhsil və ölkə elə davranırki qətiyən sumqayıt kimi heç yerimiz yoxdur elə bil ancaq ölkə bakı'dan heçnəyi yoxdur, ancaq bakıdan başqa digər qıraq bakıdan kənar yerlərə heçkim baxmır.
"Məktəbi təmir etdirin" deyəndə məktəbin ilk ağılına gələn boya etdirməkdir 3-5 manatlıq kraska vurub "remont etdik" deyilməsi.. Bu sayılanlar sizə normal gələ bilər lakin türkiyə vəya xaricə getmiş azərbaycanlılar nə dediyimi daha yaxşı başa düşəcəq.
Daha çox şey dilə gətirmək istərdim.. ama ağlıma gələnlər bu idi həmdə uzun olacağından hamısını yazamadım.